Şeir
Çinar olsam
Çinar olsam dinlənsəm kölgəsində
kitab olsam oxusam
yuxusuz gecələrimdə darıxmadan
qələm olmaq istəməzdim öz əlimdə belə
qapı olsam yaxşılara açılsam,
pislərə bağlansam
pəncərə olsam pərdəsiz və iki tayı açıq
bir pəncərə və şəhəri içəri
alsam
söz olsam çağırsam haqqa, doğruya, gözələ,
söz olsam söyləsəm sevdamı səssizcə.