Şeir

Əllərsiz dua

Çox sağ ol,buz kimi yağdı, cümlələr-
Dolu yalan oldu,nə tapdı,qırdı.
Gülüşüm üzümdə dondu,eybi yox,
Gülüş də donmağa yer axtarırdı...

Qismətin başına çatı salmışıq
Süd verən inəktək, sağırıq onu...
Nələr olacağın fikirləşirsən?
Düşün, bir də bizə nə olduğunu...

Səbrim dəniz deyil,fırtına qopsun
Yoxluğunu görüb,əsəbim daşsın
Yaxşı mənası var,sataşmağın da
Gəl ,görüm.Gözlərim sənə sataşsın...

Sənin həqiqətin,mənim sevgimi
Əməliyyat etdi ,çalış ,ayılsın...
Başıma daş salan Allaha de ki
Sənin də qəlbinə mərhəmət salsın...