Şeir

Elpis

Son ümid,
Elpis,
Boyamayacaq səhərləri
günahlardan təmizlənsin deyə
isti göz yaşlarına.
Son bu.
Alnından öpməyəcək
yuxulu adamların səsi
Divarlardan keçməyəcək
Ümidin bircə tikəsi.

Elpis,
Pandoranın ilahi gözəlliyinə
and verirəm
Tərk et bizi və ümidlərimizi.
Gözlərindəki nifrət,
Dişlərindəki ac qurd ehtirası ilə
Boyadılar insanları.
Ölümə deyil,
ölümsüzlüyə susadılar.
Sonsuzsunuz dedilər.
Buyurun,
Alın həqiqət payınızı.

Elpis,
Hazırla dar ağacını
Mükafat cəzaymış
Onsuz da...