Şeir
İtmiş pəncərə
Gecə boyu şeh damlası
üzünü soyuq daşa söykəyir.
Hər səhər günəşdən yıxılmaq qorxusu çəkir,
ovuclarımın uçurumunda.
Kim bilir, hansı uçurum öldürür:
barmaqlarımın arasında doğranmış hava,
fotoşəkildə kəsik düşmüş çiyinlərim...
Bilmirəm...
Günəş gəzdiyi hər səhərin çiyinlərində qəbiristanlıq salır.
Mənsə gecənin işıqlı gözlərində
yuxumu axtarıram
itmiş bir pəncərənin qırıqları arasında.