Şeir

Səhrada su da bir xatirədir.

Burada
daşlara ömür tikirlər .
Oyandırmaq istəyirəm
bütlərin heykəl ömrünü ,
mən sizdən bəhs edirəm !

Düşürür məni günlərim
pilləkənlərindən .
Adsız , adsız dünyada
əllərimin qapısı açıq ,
hamıya açıq !
Kim var burada ?

Kim deyir vacibi tənhalıqdır ?
Bütün sabahlar Günəş gətirir ,
Günəşdən ömür yağır .
Məni kölgəndə allatma , bulud !

Səhrada su da xatirədir !
Orada külək də həvəssiz ,
yaxın durun istədiklərinizə !