Şeir

Yalanlarından

Borc olsun,qalmasın xala-xətirim
Sevmək iş deyilsə,vida gətirim...
İmkan ver,zaman ver sayım,bitirim-
Hələ az saymışam ,yalanlarından

Mənə dəyən- dəyib,göz ola bilməz?
insan hər məqamda düz ola bilməz?
Dadına-tamına söz ola bilməz
amma ki,doymuşam yalanlarından___

Qıymaram,demərəm :- Səhvinə ağla
Olmazmı dərdləşmək,qələm- varaqla?
Sən özün bilərsən,ya aç,ya bağla
Muzeyə qoymuşam yalanlarından....

🖋️ İlqar Əqlikəm