Şeir

Uzaqdasan

Nə vaxt ayrı düşdük biz,
Bu qədər uzaq olduq?
Məsafəyə, yollara
Qoşulub ortaq olduq?

Ölçü kilometrlər-
Ürəklərin yarası.
Nəylə ölçülür görən
Bəs ürəklərarası
Məsafələr və yollar
Bəlkə belə ölçü yox?
Zaman uzağı kəsmir,
Zamanın ülgücü yox.

Şeirim də sənə çatmır,
Fikir ver, uzaqdasan.
Ya uzaq bir dənədi,
Ya sən hər uzaqdasan.