Qeyd
Yeddi Azərbaycan filmi, yeddi qadın obrazı, yeddi şeir.
Ramil Əhmədin yeni şeir kitabı nəşr olunub.
Müəllif milli kinonun yeddi fərqli qadın obrazına yeddi poetik güzgü tutur. Hər şeir bir qadının dünyasına səyahətdir.
Ekrandan poeziyaya köçən bu qadın talelərində sevgi, tənhalıq, səssizlik, itki, gözlənti və cəmiyyətlə münasibət yeni poetik məna qazanır.
“Yeddi oğul istərəm”, “Bir cənub şəhərində”, “Dəli Kür”, “Sahilsiz gecə”, “Özgə vaxt”, “Günaydın, mələyim” və “Nabat” filmlərinin qadınları bu kitabda yenidən düşünülür, onların görünən və görünməyən dünyası şeirin dili ilə açılır.
“Yeddi kölgə” Azərbaycan kinosuna poeziyanın yaddaşından baxır.
Kitab Nebula nəşriyyatında nəşr olunub