Münasibət "oxu"
İnsanı sev!
Amma sevgi Allahdan gəlir - hamının insan sevmək istedadı olmur -
Sevə bilmirsənsə, hörmət et.
Hörmət edə bilmirsənsə, qayğı göstər.
Qayğı göstərə bilmirsənsə, nəzakət göstər.
Bunu da edə bilmirsənsə, insanlıq borcunu yerinə yetir.
Buna da layiq deyilsə, bunu da etmək mümkün deyilsə, sıfırın üstündə qal.
Heç bir halda, hətta qarşıdakı
ən yaramaz,
ən alcaq,
ən səviyyəsiz,
ən qəddar,
ən naşükür,
ən qədirbilməz,
ən riyakar,
ən ədalətsiz,
ən insafsız,
ən nadan
adam olmuş olsa belə, onunla rəftarında sıfır səviyyəsində qalmağı seç. Sıfırdan aşağı bəndlərə keçmə:
ona şiddət və cəza tətbiq etməyı,
onun bəd əməllərini üzünə vurmağı,
ondan pisliklərinin əvəzini çıxmağı düşünmə,
ona rişxənd etmə,
onu tənqid etmə...
Baş verməsi möcüzə kimi görünsə belə, bu cür adamların islah olması üçün sadəcə dua et.
Və qoy könlün bundan məmnun olsun.