Qeyd

Ustad İsmayıl İmanzadəyə

Yataqda ağrı yatıram, ayaqlarım məni gəzdirməkdən imtina edib. Bir ağrı xəbər eşitdim. Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir şəhər bölməsinin rəhbəri İsmayıl İmanzadə dünyasını dəyişib. Hamı dünyasını dəyişəcək, gec-tezi var, amma bir şey var: bu hamı üçün deyil. Yaxşı insan dünyasını dəyişəndə çoxları heyfislənir. Kaş hamı "yaşayaydı" deyir. Yaxşı insanı itirmək ağır olur. İsmayıl müəllim belə yaxşılardan idi. Heç kimdən heç bir təmənna gözləmədən kömən əlini uzadardı.
​"Mingəçevir leysanı" jurnalı əlimə necə düşdü... Vərəqləyib oxudum. Mənim 60 yaşım var idi. Əqlim kəsəndən (və ya uşaqlıqdan), birinci sinifdə oxuyandan məndən soruşsalar idi ki, kim olmaq istəyirsən? Deyərdim ki, yazıçı. Ancaq arzum bir xəyal idi. Qadağalardan arzuma çatmamışdım. Yazdığım bir parçanı jurnala göndərməyi qərara aldım və göndərdim. Bir neçə gündən sonra İsmayıl müəllimə zəng vurdum.
​— Necədir, müəllim, xoşunuza gəldimi?
— Sən yazmasan, Allah səni bağışlamaz! — dedi.
— Mən, gec deyilmi? — dedim.
— Payızda güllər gec solur— dedi.
​Mən o insanın sayəsində yazıçı oldum. İki kitab müəllifiyəm. Belə qəlbli insanlar ölmürlər, sadəcə dünyasını dəyişib əbədi qəlblərdə yaşayırlar.
Allah rəhmət eləsin!
​Svetlana Sultanqızı