Tərcümə
Gölməçə
Ömrüm boyu bir uşaq qorxusu təqib edib məni.
Gölməçədi, xüsusilə, yağışdan sonra təzə yaranan,
adlayıb keçərkən,
nədənsə çox dərin görünərdü mənə,
belə baxanda, başqalarından bir elə fərqlənməsə də.
Birdən düşüb gölməçəyə
uçaram üzü aşağı,
lap dərinliklərə,
buludların əksi düşən yerlərə,
hələ ondan da o tərəfə.
Sonra gölməçə quruyar,
üstümü örtər,
mənsə həmişəlik batmaqda – hara? –
bayıra çatmayan çığırtılarla.
Yalnız gec anladım:
bədbəxt hadisələrin hamısı
dünya qanunlarına tabe deyil,
istəsələr belə,
baş verə bilməzlər.
Ruscadan tərçümə edən:
Əli Şirin Şükürlü
... – 09.04.2025