Tərcümə
Ovid haqqında qısa nitq
Onu elə bir gecədə görürəm — bu gecəyə oxşayır, amma sərin; ay qara küçələrdən süzülür. Axşam yeməyini bitirib otağına qayıdır. Radiosu döşəmədə qalıb; yaşıl diski zarıltıyla parlayır. Masaya çökür: sürgündə olan adam nə qədər də çox məktub yazır.
İndi Ovid ağlayır. Hər gecə təxminən bu saatda kədəri üstünə götürür — paltara bürünür — və yenə yazır. Boş anlarında yerli dili — get dilini — öyrənir; heç kimin oxumayacağı bir epik yazmaq üçün.
—
Enn Karson, «Plainwater» (1995). «Short Talk on Ovid».
Mənbə: Anne Carson, Plainwater