Xəbər
Orxan Saffarinin «404» romanı çapdan çıxdı
Mənbə: Orxan Saffari
Yazıçı Orxan Saffari «404» romanının çapdan çıxdığını bildirib.
Müəllifin sözlərinə görə, bu əsər İkinci Qarabağ müharibəsi dövrü və ondan sonrakı mərhələdə cəmiyyətin psixoloji, sosial və mənəvi mənzərəsini fərdi talelər prizmasından əks etdirən avtobioqrafik-realist romandır.
Saffari paylaşımında ilin bu vaxtına belə bir xəbərin düşməsindən razılıq hisslərini də qeyd edib.
Bu xəbər Orxan Saffari materialı əsasında hazırlanıb.