Şeir

Bağlı qapı

Bağlı qapı -
arxasında
sirli şeylər çox,
kilidinə düşən açar
bir kimsədə yox.

Açmaq yana,
bircə nəfər də döymədi,
dəstəyinə
ömrü boyu əl dəymədi.

Heç kim açmaq
istəmədi
bu qapını,
bu kilidi.
Bağlı qapı
öz-özünə
hey göynədi,
öz-özünə
gah ağladı,
gah kiridi…

Bağlı qapı
bağlı-bağlı
çürüdü…