Şeir
Dedilər
Dedilər: keçə bilməzsən.
Ömrümdən keçdim,
az oldu dedilər.
Dedilər :gedə bilməzsən.
Ən uzaq yerlərə getdim,
yaxındır dedilər.
Dedilər: oxuya bilməzsən.
Min dənə kitab oxudum,
bilmir dedilər.
Dedilər: sevə bilməzsən.
Bir qadın sevdim,
çox oldu dedilər...