Şeir
Şəkil
Şəklimi çəkdirdim, mat qaldı çəkən,
İlahi, şəkildə yox idim özüm.
Onun üzərinə həkk olunmuşdu
Ən ülvi muradım, ən gizlin sözüm.
O sözü heç kəsə deyə bilmərəm,
Dilimə gələndə, bağlanır çənəm.
Əgər biz üz-üzə gəlsək bir kərə,
Xəlvət göstərərəm o şəkli sənə.